Amerikalı pilot Formula 2 yarışlarında iştirak edəcək   

Amerikalı pilot Formula 2 yarışlarında iştirak edəcək   

"Cadillac"ın test pilotu Kolton Herta "Hitech" Formula 2 komandası ilə müqavilə imzalayıb. Amerikalı pilot gələn il çempionatda mübarizəyə qoşulacaq. "2026-cı ildə rəsmi olaraq F2-yə qoşulduğum üçün inanılmaz dərəcədə həyəcanlıyam. Bu, Avropa yarışlarında bacarıqlarımı inkişaf etdirmək və dünyanın ən yaxşı gənc sürücülərinə qarşı özümü sınamaq üçün əla fürsətdir", - deyə "Hitech" komandasının mətbuat xidməti Hertadan sitat gətirib.