Ronaldo: "Onunla birlikdə oynamaq şansım olsaydı..." 

Ronaldo: "Onunla birlikdə oynamaq şansım olsaydı..." 

Braziliyalı keçmiş futbolcu Ronaldo onu ən çox heyrətləndirən futbolçunun adını açıqlayıb.
“Bir vaxtlar "Barselona" klubunda Ronaldinyo və Eto'o var idi. Bizim üçün isə o dövr “Qalaktikos” erası idi və "El-Klasiko"lar çox çətin keçirdi. Əlbəttə, Ronaldinyoun istedadını bilirdim. Biz 2002 Dünya Çempionatını birgə qazanmışdıq. Lakin "Barselona" klubunda məni ən çox təsirləndirən futbolçu Samuel Eto'o idi... O, meydanda istənilən mövqedə oynaya bilir, həm presinq edir, həm də topla fəal hərəkətlər edirdi. Əgər onunla birlikdə oynamaq şansım olsaydı, hücumda vəhşi tandem formalaşdırardıq”.