Basketbol Liqasında IV tura start verilir

Basketbol Liqasında IV tura start verilir

Bu gün Azərbaycan Basketbol Liqasında IV turun oyunlarına start veriləcək.

Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma təşkil olunacaq. Saat 19:00-da baş tutacaq günün yeganə matçında "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcək. Oyun Bakı İdman Sarayında keçiriləcək.

Qeyd edək ki, "Sabah" A qrupunda 6 xalla birinci, bir oyun az keçirən "Gəncə" isə 3 xalla dördüncüdür.