Dortmundlular mərkəz müdafiəçisini satmaq istəmirlər

Dortmundlular mərkəz müdafiəçisini satmaq istəmirlər

Dortmund "Borussiya"sı mərkəz müdafiəçisi Niko Şlotterbeki satmaq niyyətində deyil.
Olimpnews.az Bild nəşrinə istinadən xəbər verir ki, Dortmund təmsilçisi futbolçu ilə yeni müqavilə imzalanmasa belə, futbolçunu hazırkı müqaviləsi bitənə qədər klubda saxlamağı planlaşdırır. 

Qeyd edək ki, Şlotterberq 2027-ci ildə azad agent kimi klubu tərk etməyə hazırdır. Müdafiəçi bu mövsüm Bundesliqa və Çempionlar Liqasında altı oyunda meydana çıxıb