Baş məşqçidən Salahı tənqid edənlərə cavab gəldi

Baş məşqçidən Salahı tənqid edənlərə cavab gəldi

Futbol azarkeşləri "Liverpul"un hücumçusu Məhəmməd Salahın son vaxtlar yaxşı çıxış etmədiyindən narazıdırlar. 
Olimpnews.az xəbər verir ki, klub tərəfdarları misirli futbolçunu tənqid atəşinə tutublar. "Hər kəs çətin anlar yaşayır. Salah da insandır. Sadəcə, biz onun qol vurmasına öyrəşmişik. O, həmişə qol vurub. Narahat olduğum son şey Salahın qol vurmağı dayandırmasıdır. Önümüzdəki həftə və aylarda onun bunu yenidən edəcəyinə əminəm. Heyətdə bir neçə dəyişiklik olub. Bunu təbii qarşılmaq lazımdır", - baş məşqçi Arne Slot mətbuat konfransında bildirib.
Qeyd edək ki, "Liverpul" sabah Premyer Liqada səfər matçını "Brentford"a qarşı keçirəcək.