Amerikalı basketbolçu Münhen klubuna transfer olunub

Amerikalı basketbolçu Münhen klubuna transfer olunub

Amerikalı hücumçu Spenser Dinviddi "Bayern Münhen" basketbol klubu ilə müqavilə imzalayıb. 
Olimpnews.az xəbər verir ki, Münhen klubunun mətbuat xidməti bu barədə sosial mediada məlumat yayıb. Məlumat da bildirilir ki, 32 yaşlı Dinviddi Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm mövsümünün başlamasına bir neçə gün qalmış "Şarlott Hornets"dən uzaqlaşdırılıb. 
Qeyd edək ki, O, 2016-cı ildən 2021-ci ilə qədər "Bruklin Nets"də oynayıb. Bundan sonra o, "Vaşinqton Uizards", "Dallas Maveriks" və "Los Anceles Leykers" kimi komandalarda çıxış edib.