Futbol üzrə Misli Premyer Liqasında IX turun oyunlarına start verilib.
Olimpnews.az xəbər verir ki, turun açılış oyununda "Karvan-Yevlax" klubu Şamaxı şəhər stadionunda "Turan Tovuz"u qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflərin cəhdlərinə baxmayaraq matçın ilk yarısında qapılara qol vurulmayıb. Oyunun ikinci hissəsində - 69-cu dəqiqədə Yevlax təmsilçisinin futbolçusu Şakil Sno hesabı açıb. Lakin meydan sahiblərinin üstünlüyü iki dəqiqə çəkib. Alexandro Serrano hesabı bərabərləşdirib. "Turan Tovuz"un qələbə qolunun müəllifi isə 77-ci dəqiqədə fərqlənən Roberto Olabe olub. Qələbə sayəsində xallarının sayını 18-ə çatdıran Tovuz təmsilçisi birinci pilləyə yüksəlib. Aktivində 5 xalı olan "Karvan-Yelvax" isə 11-ci pillədə qalıb.
"Turan Tovuz" Şamaxıdan üç xalla qayıdır


