Madrid "Real"nın və İspaniya millisinin keçmiş qapıçısı İker Kasilyas portuqaliyalı məşqçi Joze Mourinyonun rəhbərliyi altında klubda keçirdiyi dövrlərdən danışıb. "Bəziləri deyir ki, biz bir-birimizə nifrət edirik. Bu belə deyil. Həmin vaxtda "Real"ın düşərgəsində gözəl abu-hava hökm sürürdü. Joze ilə işləmək çətin, amma maraqlı idi", - deyə qapıçı "Bajo Los Palos" podkastında şərh verib. Məlumat üçün bildirək ki, Kasilyas 1998-ci ildən 2015-ci ilə qədər "Real"da çıxış edib.
"Joze ilə işləmək çətin, amma maraqlı idi"


