Bir müddət əvvəl Madrid "Atletiko"sunun futbolçusu Xulian Alvarezin komandanı tərk etmək istəyir ilə bağlı söz-söhbətlər yayılmışdı.
Olimpnews.az xəbər verir ki, agentinalı oyunçunun agenti Fernando Hidalqo futbolçunun "Atletiko"nu tərk edəcəyi ilə bağlı yayılan bütün xəbərləri təkzib edib. “Yazılan heç bir şey doğru deyil, sadəcə xəyali ehtimallardır. Gələn həftələrdə vəziyyətin necə inkişaf edəcəyini görəcəyik və sizi yeniliklərdən xəbərdar edəcəyik. Hazırda heç bir transfer xəbərindən söhbət gedə bilməz", - deyə X.Alvarezin agenti bildirib.
Alvarezin agenti iddiaları təkzib etdi


