"Napoli"nin yarımmüdafiəçisi Kevin De Brüyne şənbə günü "İnter"ə qarşı A Seriyası matçında (3:1) zədələnib.
Olimpnews.az xəbər verir ki, belçikalı 33-cü dəqiqədə penaltidən dəqiq zərbə endirərək komandasına üstünlük qazandırıb, lakin 37-ci dəqiqədə zədə səbəbindən əvəzlənib. "Football Italia"nın məlumatına görə, "Napoli" De Bruynenin tibbi müayinəsinin nəticələrini səbirsizliklə gözləyir. Əvəz edildikdən sonra yarımmüdafiəçi qoltuqağacı ilə ehtiyat oyunçular skamyasına qayıdıb. Qeyd edək ki, o, 2023-cü ildə "Mançester Siti"də oynayarkən oxşar zədə alıb və bu, onun dörd ay meydanı tərk etməsinə səbəb olub.


