Yardımlıda minifutbol turniri keçirilib

Yardımlıda minifutbol turniri keçirilib

Yardımlı İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində “Konstitusiya və Suverenlik ili” çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci il dönümü ilə əlaqədar ümumtəhsil orta məktəblərinin şagirdlərdən ibarət komandalar arasında minifutbol idman növü üzrə rayon turniri keçirilib. 
Məqsəd “Konstitusiya və Suverenlik ili” çərçivəsində Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci il dönümünün qeyd edilməsi, futbol idman növünün təbliği, bu idman növündə güclü idmançıların müəyyən edilməsi, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkili olan,  
gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Yardımlı qəsəbə 2 saylı tam orta məktəbin komandası birinci yeri qazanıb. Sırıq kənd tam orta məktəbin komandası ikinci, Şəfəqli kənd tam orta məktəbin komandası üçüncü yeri tutub. Hər üç komanda təşkilatçı idarənin diplomları ilə təltif olunub.