Futbol üzrə İspaniya La Liqasının 10-cu turu "El-Klasiko" ilə yadda qalıb.
Olimpnews.az xəbər verir ki, Madriddəki Santyaqo Bernabeu stadionunda keçirilən oyun "Kral Klubu"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 22-ci dəqiqədə "Real"ın futbolçusu Kilian Mbappe açıb. Matçın 38-ci dəqiqəsində Fermin Lopez hesabı bərabərləşdirib. Lakin beş dəqiqə sonra Cud Bellingem komandasını hesbada önə çıxarıb. Bu, matçda sonuncu qol olub. Beləliklə, "Real" komandası ardıcıl dörd məğlubiyyətdən qələbə qazanıb. Mövsümün ilk "El-Klasiko"sunu qələbə ilə başa vuran Madrid təmsilçisi əzəli rəqibindən 5 xal aralaşıb. Hazırda Xabi Alonsonun komandası 27 xalla birinci, "Barselona" klubu isə 22 xalla ikinci pillədə qərarlaşıb.


