Futbol üzrə Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, turun üçüncü oyun gününün ilk qarşılaşmasında "Neftçi" klubu "Qəbələ"nin qonağı olub.
Qəbələ şəhər stadionunda keçirilən oyun "ağ-qaralar"ın qələbəsi ilə başa çatıb 0:2.
Paytaxt təmsilçisinin qələbə qollarını 71-ci dəqiqədə İfeanyi Metyu və 81-ci dəqiqədə "Neftçi"nin yeni transferi Vensan Abubakar vurub.
Qələbə sayəsində xallarının sayını 12-yə çatdıran Samir Abbasovun komandası 8-ci pilləyə yüksəlib. Aktivində 5 xalı olan "Qəbələ" isə 10-cu pillədə qalıb.


