"Yuventus" İqor Tudoru istefaya göndərdi 

"Yuventus" İqor Tudoru istefaya göndərdi 

İtaliyanın "Yuventus" klubu bu mövsüm ardıcıl uğursuzluqlardan sonra baş məşqçi İqor Tudorla yollarını ayırıb. 
Olimpnews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İqor Tudorun İvan Yavorçiç, Tomislav Rogiç və Rikkardo Raqnaççidən ibarət texniki heyət ilə birlikdə baş məşqçi vəzifəsindən azad edildiyi bildirilib. 
İtaliya klubu, komandanın müvəqqəti olaraq B komandasının məşqçisi Massimiliano Brambillaya həvalə edildiyini və 52 yaşlı məşqçinin Çərşənbə axşamı keçiriləcək "Yuventus" - "Udinese" matçında ehtiyat oyunçular skamyasında yer alacağı açıqlanıb. 
Qeyd edək ki, "Qoca sinyora" İqor Tudorun rəhbərliyi altında son 8 oyunun heç birində qələbə qazana bilməyib.