18 yaşında Kobinin uğurunu təkrarlayıb

18 yaşında Kobinin uğurunu təkrarlayıb

"Dallas Mavericks"in 18 yaşlı amerikalı basketbolçusu Kuper Flaqq əfsanəvi beşqat NBA çempionu Kobi Brayantın uğurun təkrarlayıb. Belə ki, Kobi və Kuper 18 yaşında top itirmədən oyunda 20 və ya daha çox xal qazanan yeganə NBA oyunçularıdır.
Qeyd edək ki, Mavericks komandası "Toronto Raptors"la görüşdə ilk qələbəsini qazanıb - 139:129. Kuper Flaqg 22 xal, dörd ribaund, dörd məhsuldar ötürmə və bir blok müəllifi olub.