İtalilyalı tenniçisi yüksək mükafat fondunu aşdı

İtalilyalı tenniçisi yüksək mükafat fondunu aşdı

Dördqat Böyük Dəbilqə çempionu olan italiyalı tennisçisi Yannik Sinner Avstriyanın Vyana şəhərində keçirilən ATP-500 turnirində qalib gəldikdən sonra karyerasındakı 50 milyon dollarlıq mükafat həddini aşıb. 
Olimpnews.az xəbər verir ki, o, finalda Aleksandr Zverevi 3:6, 6:3, 7:5 hesabları ilə məğlub edib. Tennis tarixində yalnız yeddi ATP və WTA oyunçusu 50 milyon dollardan çox qazanıb. Belə ki, Sinnerlə yanaşı, Novak Cokoviç, Rafael Nadal, Roje Federer, Serena Uilyams, Endi Murrey, Aleksandr Zverev və Karlos Alkaraz da bu nailiyyətlərə yiyələniblər.