David Alaba Madridi tərk edə bilər

David Alaba Madridi tərk edə bilər

Madrid "Real"ının oyunçusu David Alaba cari mövsümdə klubunu dəyişə bilər. 
Olimpnews.az jurnalist Sebastyan Vidalın sözlərinə istinadən xəbər verir ki, "Nyu-York Siti" 33 yaşlı müdafiəçi ilə müqavilə imzalamaqda maraqlıdır.
MLS klubunun rəhbərliyi təcrübəli avstriyalı futbolçunu qış transfer pəncərəsində heyətinə cəlb etməyi düşünür.
Qeyd edək ki, David Alabanın "Real"la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir və müqavilənin uzadılması üçün danışıqlar davam edir.