"Napoli" klubunda ciddi itki 

"Napoli" klubunda ciddi itki 

İtaliyanın "Napoli" klubu ciddi itki ilə üzləşib. 
Olimpnews.az xəbər verir ki, neapolluların əsas heyət üzvü Kevin De Bruyne sağ bud əzələsindən ağır dərəcəli yırtıq zədəsi alıb. 
Artıq bərpa prosesinə başlayan belçikalı futbolçunun təxminən 4-5 ay müddətinə yaşıl meydanlardan kənarda qalacağı gozlənilir.
34 yaşlı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"la oyunda da komandasına kömək edə bilməyəcək.