Premyer Liqa azarkeşləri məyus olacaqlar

Premyer Liqa azarkeşləri məyus olacaqlar

Məlumdur ki, 26 dekabr tarixi İngiltərədə ənənəvi olaraq "Hədiyyələr Günü" (Boxing Day) Kimi qeyd olunur. Premyer Liqa oyunlarının əksəriyyəti adətən bu gün keçirilir. Lakin bu il 27 dekabr şənbə günü, 18-ci oyun günü üçün əsas gün hesab olunacaq. 
Olimpnews.az "The Times" qəzetinin məlumatına istinadən xəbər verir ki,  dekabrın 26-da yalnız Premyer Liqanın bir matçı keçirilə bilər. Bu, İkinci Dünya Müharibəsinin bitdiyi 1945-ci ildən bəri "Hədiyyələr Günü"nün İngiltərə futbolunda ən az matç sayı ilə yadda qalacaq. Tarixə nəzər salsaq, belə bir əlamətdar bayramda ən az matç rekordu 1981-ci ildə olub, o zaman cəmi iki oyun 26 dekabr tərixində oynanılıb.