"Hoffenhaym"ın 23 yaşlı mərkəz hücumçusu Fisnik Asllani karyerasını Münhen "Bayern"ində davam etdirə bilər.
Olimpnews.az xəbər verir ki, bu barədə məlumatı insayder Florian Plettenberq sosial mediada paylaşıb. Mənbənin məlumatına görə, Bundesliqa çempionları Aslanini 2026/2027 mövsümündən başlayaraq Harri Keynin əvəzedicisi kimi nəzərdən keçirirlər. Fisnik bu mövsüm "Hoffenhaym"da doqquz oyunda meydana çıxıb, altı qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun bazar dəyəri 18 milyon avro ilə qiymətləndirilir və hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatacaq


