Birmingemlilər müqaviləni yenilədilər

Birmingemlilər müqaviləni yenilədilər

"Aston Villa" klubu müdafiəçisi Metti Keşlə olan müqavilənin müddətini artırıb.

Olimpnews.az Birmingem klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun yeni müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir. Qeyd edək ki, Keş 2020-ci ilin sentyabrında «Nottinqem Forest»dən transfer olunduqdan sonra 200-cü matçına yaxınlaşır.
Qeyd edək ki, bu mövsüm Polşa millisinin 28 yaşlı üzvü İngiltərə Premyer Liqasındakı doqquz oyununun hər birində start heyətində meydana çıxıb və iki qol vurub. Onun transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.