"Sabah" FIBA Çempionlar Liqasında bu gün Fransa klubu ilə üz-üzə gələcək

"Sabah" FIBA Çempionlar Liqasında bu gün Fransa klubu ilə üz-üzə gələcək

Bu gün “Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək. 

Olimpnews.az xəbər verir ki, Azərbaycan təmsilçisi Fransada “Elan Şalon”la qarşılaşacaq.

Şalon-sur-Son şəhərində yerləşən “Le Kolizey” arenasında keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, “Sabah” ilk iki oyunda Çexiya təmsilçisi “Nimburk”a 65:93, Almaniyanın “Alba” kollektivinə isə 76:85 hesabı ilə məğlub olub.