Dünyanın iki nömrəli italiyalı tennisçisi Yannik Sinner məşhur geyim brendi olan «Gucci» üçün fotosessiyaya çəkilib. Şirkət ilk qış geyim kolleksiyası olan «Gucci Altitude»i təqdim edib.
"Xizək sürməkdən xoşum gəlir. Tennis kortlarına da heyranam, amma orada təbiətdən əsər-əlamət yoxdur. Bu, çox xüsusi və unikal bir çəkiliş idi. Dağları həmişə sevmişəm və bu çəkiliş inanılmaz şəraitdə baş tutub. Həqiqətən də hər şey sehrli idi", - deyə «GQ Spain» Sinnerdən sitat gətirib.
İtaliyalı tennisçi məşhur brendin reklam siması olub - FOTO


