Voleybol millimiz VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başladı

Voleybol millimiz VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başladı

Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən voleybol yarışlarına start verilib. 

Olimpnews.az xəbər verir ki, İslamiadada mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk oyununu İran yığmasına qarşı keçirib. Oyun millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamız növbəti oyunlarda Tacikistan, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşacaq. Voleybol yarışları noyabrın 13-də başa çatacaq. 

 

Voleybol millimiz VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başladı