Azərbaycan idmançıları İslamiadada daha 9 medal qazandılar - GÜNÜN YEKUNLARI
BOK
09.11.2025, 23:26
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti yarış gününə yekun vurulub. Olimpnews.az xəbər verir ki, yarışların altıncı günündə atletlərimiz 6 idman növündə (cüdo, üzgüçülük, ağırlıqqaldırma, stolüstü tennis, voleybol və boks) çıxış ediblər. Təmsilçilərimiz günü 1 qızıl, 2 gümüş, 6 bürünc medalla başa vurublar.
İlk yarış günündə olduğu kimi, bu gün də qazanılan medalların böyük əksəriyyəti (1 qızıl, 1 gümüş və 3 bürünc) cüdoçuların payına düşüb. Qızıl medalı komandamızın aktivinə Südabə Ağayeva (-70 kq) yazdırıb. Olimpiya mükafatçımız Zelim Kotsoyev (-100 kq) gümüş, Aytac Qardaşxanlı (-70 kq), Elcan Hacıyev (-90 kq) və Uşanqi Kokauri (+100 kq) isə bürünc medallara sahib olub.
Beləliklə, Azərbaycan cüdoçuları VI İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarını 2 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurublar. Yarışların ilk günündə cüdoçularımız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Beləliklə, Oyunları 9 medalla yekunlaşdıran cüdo millimiz ümumi komanda hesabında üçüncü, qadınların yarışında isə ikinci yeri tutub.
Bu gün VI İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında yarımfinal döyüşlərinə də yekun vurulub. Azərbaycan millisinin 3 idmançısı qələbə qazanaraq finala yüksəlib. Məhəmmədəli Qasımzadə (60 kq) Tamer Almatrfini (Səudiyyə Ərəbistanı) ilk raundda məğlub edib. Tam üstünlüklə qalib gələn boksçumuz finalda Madiyar Daniyarovla (Özbəkistan) üz-üzə gələcək. Səidcəmşid Cəfərov (80 kq) yarımfinalda Husseyn İaşaişdən (İordaniya) güclü olub – 5:0 (30:27, 29:28, 30:27, 29:28, 29:28). O, qızıl medal uğrunda Sultan Osmanlı (Türkiyə) ilə döyüşəcək. Aynur Mikayılova (57 kq) isə Noura Abunabı (Fələstin) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Boksçumuz finalda Xumorabonu Mamajonova (Özbəkistan) ilə qarşılaşacaq.
Digər boksçularımızdan Fatimə Mehdiyeva (65 kq) və Sərxan Əliyev (70 kq) İslamiadada bürünc medal qazanıblar.
Qeyd edək ki, sabah keçiriləcək final döyüşlərində Nərgiz Zeynalova (54 kq) da rinqə çıxacaq. Boksçumuzun rəqibi Ayşen Taşkın (Türkiyə) olacaq.
Azərbaycanın qadınlardan ibarət üzgüçülük yığması da Ər-Riyad-2025-də mükafatçılar sırasında yer alıb. Komandamız komanda 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışında bürünc medala sahib çıxıb. Kişilərdən ibarət millimiz isə eyni məsafəyə mübarizədə 4-cü yerlə kifayətlənib.
Bu gün qadınlardan ibarət stolüstü tennis millimiz də uğurlu çıxışla yadda qalıb. Yığmamız C qrupundakı sonuncu matçında Pakistana 8:3 hesabı ilə qalib gələrək qrup qalibi kimi 1/4 finala yüksəlib. Növbəti mərhələdə Maldiv adaları kollektivi ilə qarşılaşan komandamız bu görüşdən də 8:3 hesabı ilə qalib ayrılaraq yarımfinala vəsiqə qazanıb. Millimiz bu nəticə ilə eyni zamanda bürünc medalı təmin edib. Komandamız sabah yarımfinalda Misir millisi ilə qarşılaşacaq.
Azərbaycan komandası günün növbəti medallarını ağırlıqqaldırma idman növündə qazanıb. Komandamızın həyətində yer alan İsa Rüstəmov (71 kq) bir gümüş və 2 bürünc medala sahib olub. Birdən qaldırma hərəkətində 147 kq ağırlığın öhdəsindən gələn idmançımız bürünc medal əldə edib. Təmsilçimiz təkanla qaldırmada 177 kq çəkini ram edərək gümüş medala yiyələnib. İsa Rüstəmov ümumilikdə 224 kq nəticə ilə üçüncü yeri tutub.
Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində voleybol yarışlarında da növbəti oyunlar keçirilib. Qadın voleybolçulardan ibarət millimiz üçüncü oyunda Türkiyə millisi ilə qarşılaşıb. Oyun rəqibin 0:3 (12:25, 8:25, 10:25) hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamız növbəti görüşünü noyabrın 12-də Əfqanıstan yığmasına qarşı keçirəcək. Qeyd edək ki, gün ərzində keçirilən yarışları Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov da izləyib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK