Çingiz Hüseynzadə: “Ümid edirəm ki, yarışların sonuna qədər medal sayımız kifayət qədər çox olacaq”
BOK
10.11.2025, 21:23
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarının uğurlu çıxışları davam edir. Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə Olimpnews.az saytına müsahibə verib. MOK rəsmisi müsahibəsində Azərbaycan idmançılarının çıxışlarını dəyərləndirib, əldə olunan nəticələr və qarşıdakı günlər üçün proqnozları barədə fikirlərini bölüşüb.
- Çingiz müəllim, artıq yarışların üçdə biri geridə qalıb. Azərbaycan idmançıları bir neçə idman növündə medallar qazanıblar. Milli Olimpiya Komitəsinin vitse-prezidenti kimi, ümumilikdə idmançılarımızın çıxışını necə qiymətləndirirsiniz?
- Yarışların müəyyən hissəsi başa çatıb və artıq müxtəlif idman növlərində medallarımız var. Bu gün komandamızdan daha bir sevindirici xəbər gəldi - cüdo üzrə qarışıq komanda yarışlarında Azərbaycan millisi möhtəşəm qələbə qazandı. Təmsilçilərimiz finalda güclü Özbəkistan yığmasını 4:0 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer aldılar. Bu uğur bir daha göstərdi ki, cüdo Azərbaycanda çox sürətlə inkişaf edir və ölkəmiz beynəlxalq cüdo ailəsində layiqli yer tutur. Bu münasibətlə cüdoçularımızı və Azərbaycan Cüdo Federasiyasını ürəkdən təbrik edirəm. Həqiqətən də bu, böyük nailiyyətdir. Təbii ki, bu günə qədər daha yüksək nəticələr gözləyirdik, lakin idmanda hər şey proqnozlaşdırıldığı kimi olmur. Məsələn, Zelim Kotsoyevin fərdi yarışların finalında məğlub olması və digər gözlənilməz hadisələr nəticələrə müəyyən dərəcədə təsir göstərdi. Amma ümumilikdə, indiyədək idmançılarımızın çıxışlarını uğurlu hesab etmək olar.
- Üç qızıl medalın hər biri cüdodan gəldi. Digər idman növlərində idmançılarımızın hələ qızıl medal qazana bilməməsinin səbəbi nə ilə bağlıdır? - Əslində, bizim əsas idman növlərimiz hələ yarışlara tam qoşulmayıb və bu da nəticələrə birbaşa təsir göstərir. Məsələn, Türkiyə komandası indiyədək qazandığı əsas medalları ağırlıqqaldırma yarışlarında əldə edib. Bizim isə bu növdə nəticələrimiz hələ istədiyimiz səviyyədə deyil. Bununla belə, hesab edirəm ki, qarşıdakı günlərdə medal sayımız artacaq. Nəzərə almaq lazımdır ki, bizim əsas “artilleriyamız” - yəni güləşçilərimizin çıxışı hələ qabaqdadır. Bundan əlavə, muay-tay idmançılarımız, atletlərimiz və basketbolçu qızlarımız da mübarizəyə hazırlaşırlar. Həmçinin, voleybol komandamızın da medal qazanmaq ehtimalı yüksəkdir. Ümid edirəm ki, yarışların sonuna qədər medal sayımız kifayət qədər çox olacaq.
- Konyadakı İslam Həmrəyliyi Oyunlarında 29 qızıl medalımız var idi. Sizcə, Ər-Riyadda idmançılarımız bu medal sayını üstələyə biləcəkmi? - Çalışmalıyıq ki, bu medal sayı 30-a çatdırılsın. Ümid edirəm ki, bu mümkün olacaq və idmançılarımız bizi sevindirəcək.
- Çingiz müəllim, illər keçdikcə yarışlarda iştirak edən idmançıların səviyyəsi də yüksəlir. Bu da təbii olaraq rəqabətin artmasına səbəb olur. Yəqin ki, bu, yarışlara marağın artması ilə bağlıdır? - Bəli, tam haqlısınız. Təxminən 20 il əvvəl Səudiyyə Ərəbistanında keçirilən I İslam Həmrəyliyi Oyunlarında yarışların səviyyəsi nisbətən aşağı idi. Ancaq bu gün vəziyyət tamamilə fərqlidir, səviyyə xeyli yüksəlib. Artıq İslam Həmrəyliyi Oyunları Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələri Assosiasiyası tərəfindən tanınır. Bu da yarışların daha yüksək standartlarda keçirilməsini təmin edir. Eyni zamanda qeyd etmək istəyirəm ki, 20 il əvvəl İslam dünyasında idman nisbətən zəif inkişaf etmişdirsə, bu gün artıq çox güclü komandalar formalaşıb. Bunu Bəhreyn voleybol komandasının Türkiyə ilə oyununda, həmçinin cüdo yarışlarında Misir və Birləşmiş Ərəb Əmirliklərinin idmançılarının uğurlu çıxışlarında aydın görmək mümkündür. Bir sözlə, İslam ölkələrində idmanın keyfiyyəti və rəqabət qabiliyyəti əvvəlki illərlə müqayisədə xeyli irəliləyib.
- Çingiz müəllim, növbəti İslam Həmrəyliyi Oyunlarına hansı ölkə ev sahibliyi edəcək? - Noyabrın 8-də Ər-Riyadda İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) 14-cü Baş Assambleyası keçirildi. Orada qərar qəbul edildi ki, VII İslam Həmrəyliyi Oyunları 2029-cu ildə Malayziyada təşkil olunacaq. Bu Oyunlar müəyyən bir tsiklin finalı kimi keçirilməklə, Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında təşkil olunacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK