"Şarlott Hornets"in basketbolçusu Kon Nappel NBA tarxində yeni bir nailiyyətə imza atıb.
Olimpnews.az NBA-nın mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, liqa tarixində 20 yaşlı basketbolçu karyerasının ilk 10 oyununda 150-dən çox xal toplayan və 30-dan çox üç xallıq atış edən ilk oyunçu olub.
Qeyd edək ki, "Şarlott Hornets" hazırda Şərq Konfransının turnir cədvəlində üç qələbə və yeddi məğlubiyyətlə 12-ci yerdə qərarlaşıb.


