"Lamin, özünü yığışdır" - Kukurella

"Lamin, özünü yığışdır" - Kukurella

"Çelsi"nin sol cinah müdafiəçisi Mark Kukurella qarşıdakı Çempionlar Liqası çərçivəsində "Barselona"aya qarşı görüşdə həmyerlisi Lamin Yamalla qarşılaşmadan danışıb. "İki həftə sonra "Çelsi" "Barselona"nı qonaq edəcək. O zədə səbəbindən milli komandanın düşərgəsini tərk etdi. Əgər onu görə bilsəm deyəcəyəm ki, səni saxlamaq işi mənə tapşırılıb. Lamin özünü yığışdır", - deyə "Mavilər"in müdafiəçisi zarafatla klubun podkastında deyib. 
Qeyd edək ki, "Çelsi" - "Barselona" matçı noyabrın 25-də keçiriləcək.