“Los Anceles Leykers”in 26 yaşlı sloveniyalı basketbolçusu Luka Donçiç “Milwaukee Bucks” üzərində qazanılan 119-95 hesablı qələbədən sonra yeni rekordlar əldə edib. Belə ki, əfsanəvi Uilt Çembelreyn, Maykl Cordan və Bob Makadudan sonra Luka nadir nəticə göstərib. Sloveniyalı basketbolçu Şimali Amerika Liqası tarixində 27 yaşına çatmazdan əvvəl 50 və ya daha çox oyunda 40+ xal toplayan dördüncü oyunçu oldu. Qeyd edək ki, “Milwaukee” ilə oyunda Luka 41 xal, doqquz ribaund, altı məhsuldar ötürmə, bir oğurluq, iki blok və üç top itirmə ilə yadda qalıb.
Donçiç əfsanələrə qoşuldu


