"Detroit Pistons" NBA-ının müntəzəm mövsümündə ardıcıl 10 oyundur ki, məğlubiyyətsiz çıxışı edir. Liqanın mətbuat xidmətinin məlumatına görə, klub bu nailiyyəti sonuncu dəfə 2007-2008 mövsümündə əldə edib. Həmin mövsüm onların 10 oyunluq qələbə seriyası 23 yanvar - 13 fevral 2008-ci il tarixləri arasında davam edib.
Məlumat üçün bildirək ki, «Detroit Pistons» hazırda NBA Şərq Konfransının turnir cədvəlində 12 qələbə və iki məğlubiyyət rekordu ilə liderdir. Növbəti müntəzəm mövsüm matçında onlar «Atlanta Hawks» ilə qarşılaşacaqlar.
"Detroit Pistons" 17 ildən sonra eyni nəticəni təkrarlayır


