Amerikalı tennisçi Kristofer Eubanks 29 yaşında peşəkar tennisdən ayrıldığını elan edib. Dünyada 266-cı yerdə olan tennisçinin
idmandan gedişi ilə bağlı sosial şəbəkə izləyicləri müxtəlif rəylər yazıblar. "Xoş mesajlar üçün hamınıza təşəkkür edirəm! Dəstək inanılmaz idi " -deyə Eubanks Facebook səhifəsində yazıb.
Qeyd edək ki, Kristofer Eubanks ATP Turunda debütünü 2015-ci ildə edib. Karyerası ərzində o, Mayorkada keçirilən ATP-250 turnirində titul qazanıb və Uimbldonun dörddəbir finalına vəsiqə qazanıb. 2023-cü ildə reytinqdə ilk 30-luğa daxil olaraq, 29-cu yerə yüksəlib.
29 yaşında tennislə vidalaşdı


