Azərbaycan qılıncoynadaları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.
Olimpnews.az xəbər verir ki, bu gün qızlardan ibarət komandamız qılıncoynatmanın şpaqa növü üzrə yarımfinalda Özbəkistan millisinə 39:38 hesabı ilə məğlub olaraq Oyunların bürünc medalına sahib çıxıb.
Xatırladaq ki, bu gün qızlardan ibarət komandamız qılıncoynatmanın sablya növü üzrə yarışlarda qızıl medala layiq görülüb.


