Ferstappen bir səhvdən yararlanıb, lider oldu

Ferstappen bir səhvdən yararlanıb, lider oldu

2025-ci ildə Formula 1 mövsümünün 22-ci mərhələsi olan Las Vegas Qran-Prisi başa çatıb.

Olimpnews.az xəbər verir ki, Maks Verstappen (“Red Bull”) növbəti dəfə qələbə qazanıb. Lando Norris (“McLaren”) ikinci, Corc Rassel (“Mercedes”) isə üçüncü yeri tutub.

Məlumat üçün bildirək ki, Verstappen yarışın əvvəlində Norrisin ilk döngədə səhvindən yararlanaraq liderliyi ələ keçirib.

Formula 1. Las-Veqas Qran-Prisi (Yekun)

1. Maks Verstappen (Red Bull) – 25 xal.

2. Lando Norris (McLaren) +20.741.

3. Corc Rassel (Mercedes) +23.546.

4. Oskar Piastri (McLaren) +27.650.

5. Andrea Kimi Antonelli (Mercedes) +30.488.

6. Şarl Lekler (Ferrari) +30.678.

7. Karlos Saynz (Williams) +34.924.

8. İsak Hacar (Racing Bulls) +45.257.

9. Niko Hülkenberq (Kick-Sauber) +51.134.

10. Lyuis Hemilton (Ferrari) +59.369.