Azərbaycan İdman Veteranları İctimai Birliyinin üzvləri Ağacan Abiyevlə görüşüblər
BOK
27.11.2025, 12:26
Noyabrın 26-da Azərbaycan İdman Veteranları İctimai Birliyinin bir qrup üzvü ölkə idmanının görkəmli simalarından biri, adı Azərbaycan idman salnaməsinə qızıl hərflərlə yazılmış Ağacan Abiyevlə doğum günü münasibətilə yaşadığı ünvanda görüş keçiriblər. Olimpnews.az xəbər verir ki, səmimi şəraitdə keçən görüş həm Ağacan müəllimin zəngin həyat yoluna hörmətin ifadəsi, həm də Azərbaycan idman tarixinin unudulmaz səhifələrinə bir baxış olub. Ağacan müəllim 24 noyabr 1937-ci ildə Bakının Bülbülə qəsəbəsində Lenin ordenli neftçi Qulam kişinin ailəsində dünyaya gəlib. Ömrünü Azərbaycan idmanının inkişafına, təhsilin yüksəlişinə və elmi mühitin möhkəmlənməsinə həsr edən Ağacan Abiyev 1987-2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına 28 il rəhbərlik etməklə ali təhsil ocağının tarixində ən uzunmüddətli rektor kimi yadda qalıb. 2005, 2010 və 2015-ci illərin seçkilərində Milli Məclisin 3, 4 və 5-ci çağırışlarının deputatı kimi 15 illik parlament fəaliyyəti ərzində Elm və Təhsil komitəsinin üzvü, həmçinin İntizam Komissiyasının sədri olub. Onun fəaliyyət dairəsi ölkə idmanının ən yüksək pillələrinə qədər uzanır. Azərbaycan Boks Federasiyasına 25 ildən artıq (1984-2009) prezidenti kimi rəhbərlik edən, sonrakı illərdə federasiyanın I vitse-prezidenti kimi fəaliyyət göstərən Ağacan müəllim həmçinin Milli Olimpiya Komitəsinin Baş katibi, Azərbaycan Olimpiya Akademiyasının Prezidenti, Avropa Həvəskar Boks Assosiasiyasının vitse-prezidenti, Dünya Həvəskar Boks Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü kimi mühüm vəzifələr daşıyıb. SSRİ-nin fəxri idman ustası, Azərbaycanın Əməkdar məşqçisi, ümumittifaq və beynəlxalq dərəcəli hakim olan Ağacan Abiyev "Şöhrət", "Şərəf" və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunub. Ziyarət zamanı veteran idmançılar Ağacan müəllimi doğum günü münasibətilə təbrik edərək ona sağlam həyat, firavan ömür və davamlı fəaliyyət arzulayıblar. Səmimi söhbətlər, illərin yaddaşında qalan maraqlı əhvalatlar görüşə xüsusi rəng qatıb. Ağacan müəllimin həyat yolunun gənclər üçün əsl örnək olduğu qeyd olunub. Görüşdə iştirak edən Afina-2004 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Fuad Aslanov məlumat verib ki, Bakı şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə 15-19 dekabr 2025-ci il tarixlərində Boks Mərkəzində Ağacan Abiyevin şərəfinə yeniyetmələr arasında respublika boks turniri keçiriləcək. Görüşün sonunda iştirakçılar Ağacan Abiyevlə xatirə şəkli çəkdiriblər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK