Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone ötən gün La Liqanın 15-ci turunun açılış oyunu çərçivəsində keçirilən "Barcelona ilə oyundan sonra Rafinya haqqında xoş sözlər deyib.
Olimpnews.az xəbər verir ki, 55 yaşlı baş məşqçi "sambaçı"nın ötən il "Qızıl top" ala bilməməsini heç cür başa düşmədiyini qeyd edib. "Rafinyanın "Qızıl topu"u necə qazana bilmədiyini heç cür başa düşə bilmirəm. О, möhtəşəm futbolçudur. Hər mövqedə oynaya bilər. İstər cinahda, istər yarımmüdafiədə, istərsə də hücumda. Hətta cinah müdafiəçisi kimi belə oynaya bilər.
Rafinya həm qol vura, həm də real qol şansları yarada bilir. Pressinq edir, qaçır… Mən onu çox sevirəm”.
Qeyd edək ki, "Barselona" - "Atletiko" oyunu kataloniyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.


