Neymar "Santos"da xoşbəxtdir

Neymar "Santos"da xoşbəxtdir

"Santos"un baraziliyalı hücumçusu Neymarın klubla müqaviləsi bu ilin dekabrın 31-də başa çatır. Olimpnews.az jurnalist və insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, Neymar "Santos"da qalmaq istəyir.
Məlumat üçün bildirək ki, 33 yaşlı braziliyalı futbolçu Braziliya çempionatının 37-ci turunda "Yuventude" ilə görüşdə (3:0) het-trik edib. Neymar bu mövsüm bütün yarışlarda 29 oyunda, 11 qol vurub və dörd məhsuldar ötürmə edib.