Futbol üzrə İngiltərə Premyer Liqasında 14-cü turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, "Mançester Yunayted" klubu doğma azarkeşlər önündə "Vest Hem" klubu ilə üz-üzə gəlib. "Old Trafort"da keçirilən oyun 1:1 hesabı ilə yekunlaşıb. Tərəflər hərəyə bir xalla meydandan ayrılıblar. "Qırmızı şeytanlar" 14 turdan sonra 22 xalla 8-ci, "Vest Hem" isə 12 xalla 18-cidir.


