Mundial ABŞ üçün milyardlar qazandıracaq

Mundial ABŞ üçün milyardlar qazandıracaq

ABŞ gələn il keçiriləcək futbol üzrə dünya çempionatı zamanı ölkəyə 10 milyona qədər turistin gəlməsini proqnozlaşdırır. "ABŞ 10 milyona qədər qonaq gözləyir. Mundial həmçinin ABŞ iqtisadiyyatı üçün 30 milyard dollar gəlir gətirəcək və 200 yeni iş yeri yaradacaq", - deyə ABŞ Dövlət Departamentinin X sosial media səhifəsindəki açıqlamasında qeyd olunub.Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.