İspaniyanın "Real" klubu ciddi itki ilə üzləşib.
Olimpnews.az xəbər verir ki, "Kral klubu"nun futbolçusu Eder Militao sıradan çıxıb. Ötən gün La Liqanın 16-cı turu çərçivəsində "Selta" ilə oyunda zədələnən futbolçu sol ayağının arxa bud əzələsindən ciddi zədə alıb. 27 yaşlı mərkəz müdafiəçisi təxminən 3-4 ay yaşıl meydanlardan kənarda qalacaq.


