Futbol üzrə Misli Premyer Liqasında 14-cü turun daha bir oyunu keçirilib. Olimpnews.az xəbər verir ki, "Sabah" klubu "Bank Respublika Arena"da "Neftçi"ni qəbul edib. Oyun "Sabah"ın qələbəsi ilə yekunlaşıb -2:0.
Matçda hesab 58-ci dəqiqədə açılıb. Akim Zedadka "bayquşlar"ı hesabda irəli çıxarıb. Oyunun 77-ci dəqiqəsində isə Coy-Lens Mikels matçda yekun hesabı müəyyənləşdirib. Qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Sabah" 2-ci, aktivində 16 xalı olan "Neftçi" isə 8-ci pillədə qərarlaşıb.
Misli Premyer Liqası: "Sabah" Neftçi"yə qalib gəldi


