"Tottenhem" peşman olub

"Tottenhem" peşman olub

Niderlandın "AZ Alkmaar" klubunun 23 yaşlı mərkəz hücumçusu Troy Parrott yenidən "Tottenhem"ə qayıda bilər.

Olimpnews.az "Fichajes"portalının məlumatına istinadən xəbər verir ki, "mahmızlar" 2017-ci ildən 2024-cü ilə qədər klubun hyeətində çıxış edən Parrott üçün 35 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Parrott bu mövsüm 19 oyunda 15 qol vurub. Onun Niderland klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir.