“Olimpsport” jurnalının Zəfər buraxılışı oxuculara təqdim olunub
BOK
09.12.2025, 23:40
“Olimpsport” jurnalının Zəfər buraxılışı çapdan çıxıb. Olimpnews.az xəbər verir ki, 2008-ci ildən mütəmadi nəşr olunan jurnalın bu sayında “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksələrək tarix yazması geniş şəkildə yer alıb. Buraxılış həmçinin, Azərbaycan Milli Mətbuatının 150, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 30 illik yubileylərinə həsr edilib. Zəfər buraxılışının üz qabığı xüsusi dizayna malikdir və “Qarabağ” FK-nın futbolçularının ruh yüksəkliyi ilə dolu komanda fotosu üzərində əks olunub. Jurnalın giriş bölməsində Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin fotoportreti və milli maarifçilik ənənələrinin davamı ilə bağlı fikirləri təqdim olunur. Yeni sayda idman ictimaiyyəti üçün önəmli hesab edilən bir sıra mövzular geniş işıqlandırılıb. “Növbəti tarixi zirvə – ‘Qarabağ’ FK” adlı məqalədə komandanın beynəlxalq arenada göstərdiyi performans, ardıcıl uğurları və tarixi qələbələri ilə bağlı yazı verilib. Buraxılışda dövlət başçısı İlham Əliyevin minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi ilə görüşü barədə ayrıca yazı da yer alır. Materialda qəbul zamanı səsləndirilən fikirlər, idmançıların tarixi nailiyyəti və ölkəmizin minifutbol sahəsində yüksəlişi geniş şəkildə təsvir edilir. Jurnalda Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Milli Mətbuat katibi Arzu Hüseynovanın III MDB Oyunları ilə bağlı geniş müsahibəsi də oxuculara təqdim edilib. Oxucular bu sayda həmçinin, AİJA-nın 30 illik yubileyinə və Azərbaycan komandasının ilk dəfə iştirak etdiyi Deflimpiya Oyunlarına həsr olunmuş yazı ilə də tanış ola bilərlər. Jurnalda “Kəndlərimiz və idman” rubrikasında Masallı rayonunda yerləşən bir kəndin idman həyatını əks etdirən maraqlı yazı oxuculara təqdim edilir. Burada kənd gənclərinin idman sevgisi, yerli infrastrukturun inkişafı və Tüklə Voleybol Liqası barədə məlumatlar yer alır. Jurnalın təsisçisi və baş redaktoru Ramin Allahverdiyevin “Yubileylər ilini uğurla başa vurduq” adlı məqaləsində isə il ərzində reallaşan tədbirlər, görülən işlər və qarşıdakı planlar haqqında məlumatlar verilir. Oxucular bu buraxılışda həmçinin, “Təhsil” Respublika İdman Mərkəzinin güləş bölməsinin məşqçiləri Əlisa Abbasov və Hüseyn Nəsirovun yetirmələrinin son uğurları, eləcə də yeniyetmə boksçu Yusif Ağakişiyev haqqında hazırlanmış dosye ilə də tanış ola biləcəklər. Zəfər buraxılışının arxa üz qabığında 2026-cı il FIFA Dünya Çempionatının keçiriləcəyi stadionlar, onların təsvirləri və turnirin ev sahibləri – Kanada, ABŞ və Meksikanın rəsmi atributları yer alıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
15.08.2026, 18:15 Cüdo
-
Gimnastımız dünya çempionatında iştirak edib
14.08.2026, 13:53 Gimnastika
-
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
14.08.2026, 11:40 Futbol
-
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
14.08.2026, 10:57 Basketbol
-
Avropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
14.08.2026, 10:19 Boks
-
"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
14.08.2026, 10:05 Futbol
-
Konfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
13.08.2026, 22:11 Gündəm
-
«Ən çox sevdiyim iş çörək bişirməkdir»
12.08.2026, 19:30 Formula 1
-
“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
12.08.2026, 18:23 Olimpiya dünyası
-
Argentinalı pilota ziyan vurublar
12.08.2026, 17:50 Formula 1
-
“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
12.08.2026, 16:50 Futbol
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
12.08.2026, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
12.08.2026, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
12.08.2026, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
12.08.2026, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
12.08.2026, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
12.08.2026, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
12.08.2026, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
12.08.2026, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
12.08.2026, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
12.08.2026, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
12.08.2026, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
12.08.2026, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
12.08.2026, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
12.08.2026, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
12.08.2026, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
12.08.2026, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
12.08.2026, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
12.08.2026, 10:10 Futbol
-
"Sabah"ın rəqibi müəyyənləşdi
12.08.2026, 00:12 Futbol
-
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
11.08.2026, 22:36 Futbol
-
Çempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
11.08.2026, 22:00 Gündəm
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol