Bu gün UEFA Çempionlar Liqasının altıncı turunda Madrid "Real"ı doğma azarkeşlər önündə "Mançester Siti" ilə üz-üzə gələcək. Matçdan əvvəl "şəhərlilər"in baş məşqçisi Xosep Quardiola oyun barədə fikirlərini bildirib."Hazırda heyətimizdə "Santyaqo Bernabeu"da oynamayan yeni oyunçular yer alıb. Məncə onlar özlərini sübut etmək üçün əla imkan əldə edəcəklər. Futbolçularımdan əla oyun gözləyirəm" - deyə Kral Klubunun mətbuat xidməti ispaniyalı baş məşqçinin sözlərindən sitat gətirib.
Məlumat üçün bildirək ki, "Real Madrid" - "Mançester Siti" arasında matç Bakı vaxtilə saat 00:00-da başlayacaq.
"Futbolçularımdan əla oyun gözləyirəm" - Quardiola


