Xəbər verdiyimiz kimi misirli futbolçu Məhəmməd Salah gələn il "Liverpul"dan ayrılacaq.
Olimpnews.az xəbər verir ki, klubun baş məşqçisi Arne Slotla münasibətlərin soyuqlaşması vəziyyəti bu həddə çatdırıb. Şayiələrə görə Salahın Avropanın aparıcı klubları ilə danışıqlar apardığı qeyd olunur. Salahın Münhen "Bayern"inə keçidi ilə bağlı xəbərə klubun idman direktoru Maks Eberl münasibət bildirib. "Salah? Bizdə Lennart Karl kimi gənc bir istedad var. İndi kimisə onun yoluna çıxarmaq məntiqsizdir", - deyə DAZN Eberldən sitat gətirib.
Məlumat üçün bildirək ki, 33 yaşlı Məhəmməd Salahın Transfermarkt portalında transfer qiyməti 30 milyon avro dəyərində qiymətləndirilir.


