Prosineçki özünə yeni iş yeri tapdı

Prosineçki özünə yeni iş yeri tapdı

Futbol üzrə Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçki Qırğızıstan milli komandasının baş məşqçisi təyin edilib.

Olimpnews.az xəbər verir ki, müqaviləyə bu gün Qırğızıstan Futbol İttifaqının prezidenti Kamçıbek Taşiyev imza atıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, razılaşma bir il bir ay müddətinə bağlanıb. Əgər milli komanda Prosineçkinin rəhbərliyi altında 2027-ci il Asiya Kubokunda yaxşı çıxış edərsə, müqavilə daha üç il artırılacaq.