"Zadəganlar" qələbə sayədində 5-ci pilləyə yüksəldi

"Zadəganlar" qələbə sayədində 5-ci pilləyə yüksəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı turun oyunları davam edir. 

Olimpnews.az xəbər verir ki, London "Çelsi"si "Stemford Bric"də "Everton"u qəbul edib. 

Oyun "zadəganlar"ın qələbəsi ilə yekunlaşıb -2:0. 

Enzo Marsekanın komandası qələbə sayəsində xallarının sayını 25-ə çatdıraraq 5-ci pilləyə yüksəlib. "Everton" isə 24 xalla 7-cidir.