Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, "Liverpul" klubu doğma azarkeşlər önündə "Brayton" klubunu qəbul edib. "Enfild"də keçirilən qarşılaşma "mersisaydlılar"ın qələbəsi ilə yekunlaşıb -2:0. Matçda vurulan hər iki qolun müəllifi Huqo Ekitike olub. Fransalı futbolçu 1-ci və 60-cı dəqiqələrdə fərqlənərək komandasına qələbə qazandırıb. "Liverpul" qələbə sayəsində xallarının sayını 26-ya çatdıraraq 6-cı pilləyə yüksəlib. "Brayton" isə 23 xalla 9-cudur.


