Stiven Karri Makl Cordanı qabaqladı

Stiven Karri Makl Cordanı qabaqladı

NBA müntəzəm çempionatında çıxış edən "Qolden State Warriors"un lideri Stiven Karri daha bir rekordla yadda qalıb. 
Olimpnews.az xəbər edir ki, yaşı 30-dan yuxarı olan oyunçu 40 və ya daha çox xal toplaması ilə diqqət mərkəzinə düşüb. Karri bu göstərici ilə NBA əfsanəsi Maykl Cordanı qabaqlayıb. Karrinin hazırda rəqəmlər 45-i, Cordanda isə 44-ü göstərir.
Məlumat üçün bildirək ki, Stiven Karri komandasının "Portland Treyl Bleyzers"  üzərində qazandığı qələbədə (131-136) 48 xal topladıqdan sonra bu nailiyyətə yüksəlib.

Yaşı 30 yaşdan yuxarı oyunçunun NBA göstəriciləri:
 
1. Stiven Karri - 45.
2. Maykl Cordan - 44.
3. Demian Lillard - 31.
4. Kobi Brayant/Ceyms Harden - 30.
5. Larri Börd - 27.
6. LeBron Ceyms - 25.