Milli Qəhrəmanın şərəfinə idman yarışı

Milli Qəhrəmanın şərəfinə idman yarışı

Vətən torpağının azadlığı uğrunda özünü fəda edən qəhrəman oğullardan biri də Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovdur. Astarada boya-başa çatan bu Vətən sevdalısı ilə indi bütün xalq  fəxr edir, onun xatirəsini əziz tutmağı hər bir kəs özünə ən müqəddəs borc bilir.  Doğma Astarada  Pəncəli Teymurovun adını özündə yaşadan  kütləvi tədbirlər vaxtaşırı olur.  
 Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Çin Döyüş Növləri Assosiasiyası, Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən uşu-sanda idman növü üzrə Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş klublar arası turnir də yaddaşlara yazıldı.
Tədbirin açılış mərasimində Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, Azərbaycan Uşu Federasiyasının nümayəndəsi, yarışın baş katibi Elçin Eminov, beynəlxalq dərəcəli hakim yarışın baş hakimi Rəşad İsayev, müharibə veteranı, hərbçi Ruslan Şıxıyev çıxış edərək yarışın əhəmiyyətini, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun  şərəfli həyat yolunun və Vətən sevgisinin gənc nəslə nümunə olduğunu  bildirdilər , qəhrəmanın və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
 İki gün çəkən yarışda Bakı şəhərini, Göyçay, Bərdə, Astara, Masallı rayonlarını təmsil edən 12 idman klubları və bölmələrdən 92 idmançı 4 yaş qrupunda müxtəlif çəkilərdə öz gücünü göstərdilər. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə müxtəlif çəki dərəcələri üzrə qalib  gəlib yüksək yerləri  qazanan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Uşu Federasiyasının diplom və medalları ilə təltif olundular.
 
Milli Qəhrəmanın şərəfinə idman yarışı Milli Qəhrəmanın şərəfinə idman yarışı Milli Qəhrəmanın şərəfinə idman yarışı Milli Qəhrəmanın şərəfinə idman yarışı Milli Qəhrəmanın şərəfinə idman yarışı Milli Qəhrəmanın şərəfinə idman yarışı