"Xetafe" 18 ildən sonra səfərdə "Real"a qalib gəldi 

"Xetafe" 18 ildən sonra səfərdə "Real"a qalib gəldi 

Futbol üzrə İspaniya La Liqasında XXVI turun oyunlarına yekun vurulub.

Olimpnews.az xəbər verir ki, turun son oyununda Madridin "Real" klubu "Santyaqo Bernabeu"da "Xetafe"ni qonaq edib. Oyunun taleyini bir qol həll edib. Matçda vurulan yeganə qolun müəllifi 39-cu dəqiqədə fərqlənən qonaqların futbolçusu Martin Satriano olub. Belələiklə, "Xetafe" klubu səfərdə "Real"ı məğlub edərək tarixi nəticəyə imza atıb. Belə ki, bu, qonaqların 18 ildən sonra Madrid səfərində qazandığı ilk qələbə olub. Bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran "Xetafe" 11-ci pilləyə yüksəlib. Aktivində 60 xalı olan "Real" isə ikincidir. "Kral klubu" lider "Barselona"dan 4 xal geri qalır. 

Qeyd edək ki, "Xetafe" sonuncu dəfə 2008-ci ildə "Santyaqo Bernabeu"da rəqibini 0:1 hesabı ilə məğlub etməyi bacarmışdı.